Xəbərlər


“Qaradağ Lökbatan”dan daha bir qələbə

Birinci Divizionda XVII turun oyunları keçirilir. "Qaradağ Lökbatan” komandası bu turda "Zaqatala”nı qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşmada birinci hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra hər iki komanda daha aktiv oyun nümayiş etdirməyə başlayıb. Matçın ikinci hissəsində cəmi 10 dəqiqə ərzində 4 qol qeydə alınıb. 66 və 70 –ci dəqiqələrdə rəqib iki qol vuraraq önə keçsə də, onların sevinci çox çəkməyib. Belə ki, 74 və 79-cu dəqiqələrdə komandamız Elnur Səmədovun dublu sayəsində hesaba tarazlıq gətirib. Bu da son olmayıb. Oyunun əsas vaxtına əlavə edilmiş artırma dəqiqələrində (90+5) Nazim Əliyevin yetirmələri rəqibi daha bir dəfə cəzalandırıb. Futbolçumuz Orxan Əliyev qələbə qoluna imza atıb.

Beləliklə, "Qaradağ Lökbatan" "Zaqatala” komandası üzərində 3:2 hesabı ilə inamlı qələbə qazanıb və növbəti dəfə 3 xala sahib olub.

“Qaradağ Lökbatan”dan daha bir qələbə“Qaradağ Lökbatan”dan daha bir qələbə“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə
“Qaradağ Lökbatan”dan daha bir qələbə