Xəbərlər


Yeni yaradılmış futbol komandamız yoldaşlıq oyununu qələbə ilə başa vurub

"Neftçi İdman Klubu”nun Azərbaycan Region Liqasında çıxış etmək məqsədilə Ağsu rayonunda yeni yaradılmış futbol komandası "Mil” ilə yoxlama oyunu keçirmək üçün Beyləqana səfər edib.

Oyundan öncə hər iki komandanın üzvləri bu rayonun Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarının məzarlarını ziyarət ediblər.

Sonra Beyləqan Olimpiya İdman Kompleksinin stadionunda komandalar arasında yoldaşlıq oyunu keçirilib. Gərgin mübarizə şəraitində baş tutan qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısına vurulan hər üç qolun müəllifi komandamızın futbolçusu Elmir Səmədzadə olub.

Yeni yaradılmış futbol komandamız  yoldaşlıq oyununu qələbə ilə başa vurubYeni yaradılmış futbol komandamız  yoldaşlıq oyununu qələbə ilə başa vurubYeni yaradılmış futbol komandamız  yoldaşlıq oyununu qələbə ilə başa vurub