Xəbərlər


"Qaradağ Lökbatan" Tovuzdan bir xalla döndü

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda keçirilən XIV turun oyunları çərçivəsində  bu gün "Qaradağ Lökbatan" Tovuzda "Turan Tovuz" komandasının qonağı olub. Əlverişsiz hava şəraitində baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.   Qar və küləklə müşayiət olunan matçın 9-cu dəqiqəsində Nazim Əliyevin yetirmələri Elnur Səmədovun vurduğu qolla önə keçiblər. Birinci hissə elə bu hesabla da sona yetib. Fasilədən sonra daha bir qol səsi eşidilib. Yetmiş beşinci dəqiqədə rəqibin futbolçusu Nurlan Şabanov adını tabloya yazdıraraq hesaba tarazlıq gətirib - 1:1.
Beləliklə, "Qaradağ Lökbatan" səfərdə  növbəti xalını qazanıb.