

Hal-hazırda «Neftçi İdman Klubu»nun strukturunda 5 idman qurğusu fəaliyyət göstərir: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, «Məşəl» İdman Kompleksi, Qaradağ Təlim-İdman Bazası, Sumqayıt Təlim-İdman Zalı və Ağsu İdman Kompleksi. Bu idman qurğularında idmanın 26 növü üzrə 107 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərirlər. Həmin obyektlər hər zaman ölkəmizdə bədən tərbiyəsi və idmanın təbliğində, eləcə də inkişafında əhəmiyyətli rol oynayıb. Bu qurğularda mütəmadi olaraq, neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunması, sağlamlıqlarının qorunması məqsədilə onlara müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətləri göstərilir. Eyni zamanda, həmin obyektlərdə peşəkar idmançı olmaq istəyən minlərlə yeniyetmə və gəncə idmanın sirləri öyrədilir.
Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi
Bakı şəhəri, Suraxanı rayonu,
Səttar Bəhlulzadə küçəsi, 24
Qaradağ Təlim-İdman Bazası
Bakı şəhəri, Qaradağ rayonu,
Lökbatan qəsəbəsi, 28 May küçəsi
«Məşəl» İdman Kompleksi
Bakı şəhəri,
H.Əliyev adına Neft Emalı Zavodu
Sumqayıt Təlim-İdman Zalı
Sumqayıt şəhəri,
22-ci məhəllə
Ağsu İdman Kompleksi
Ağsu rayonu,
Məmmədəmin Rəsulzadə küçəsi
