Xəbərlər


Subotiçadan daha bir medal

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa birinciliyi başa çatıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində "Neftçi İdman Klubu”nun təmsilçisi Ülvi Qənizadə (69 kq) Norveç güləşçisi Per-Anders Kureni və finlandiyalı Tiistala Eliası məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya idmançısı Aleksandr Komarovla qarşılaşmadan məğlub ayrılan Qənizadə bürünc medal uğrunda görüşə çıxıb. Pəhləvanımız bu dəfə gürcü Nikoloz Çikaidze ilə üz-üzə gəlib və 9:0 hesabı ilə qalib gələrək qitə yarışının bürünc medalına yiyələnib.

Xatırladaq ki, bir neçə gün öncə klubun sərbəst güləşçisi Əsgər Məmmədəliyev (42 kq) də bu birincilikdə eyni uğura imza atmışdı.