Xəbərlər


“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.

Bu medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov qazandırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. O, səkkizdəbir finalda avstraliyalı Jake Bensted üzərində ipponla qələbə qazanıb. Növbəti mərhələdə Macarıstan cüdoçusu, London-2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvaridən üstün olan Orucov yarımfinalda israilli Saqi Muki ilə qarşılaşmadan da qalib ayrılıb və finala yüksəlib. Həlledici görüşdə yaponiyalı Şohei Onoya məğlub olan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olub.

Yarış başa çatdıqdan sonra Rüstəm Orucov jurnalistlərə müsahibəsində Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanmasından qürur duyduğunu bildirib: "Görüşlərimin hamısı çətin oldu. Finalda da qələbə əzmində idim. Amma rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Gümüşü qızıla çevirmək üçün var-gücümlə çalışacağam. Doğma Azərbaycanda hər kəsə, evdəkilərə, anama buradan salam deyirəm. Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi. Rioda ölkəmizə ilk medalı qazandırdığıma görə sevinirəm. Hələ burada medallarımız çox olacaq”.

Xatırladaq ki, Rüstəm Orucov bu il Kazanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb. O, 2011-ci ildə dünya kubokunun bürünc, Avropa kubokunun isə gümüş medalına sahib olub. İdmançımız 2012-ci ildə ölkəmizi London Yay Olimpiya Oyunlarında təmsil edib. Elə həmin il Bakıda təşkil olunan Qran-pridə birinci, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri turnirində isə ikinci yeri tutan Orucov ötən il Tbilisidə keçirilən Qran-pridə yenidən liderliyə yüksəlib. Cüdoçumuz bu il Bakıda təşkil olunan "Böyük dəbilqə” beynəlxalq turnirində bürünc, Almaniyada keçirilən Qran-pri turnirində isə gümüş medala yiyələnib.

Qeyd edək ki, klubumuzun Rio Olimpiadasında təmsil olunan cüdoçularından Orxan Səfərov (60 kq) 5-ci pillədə qərarlaşıb. 66 kq çəkidə çıxış edən Nicat Şıxəlizadə də olimpiadanı medalsız başa vurub. 

“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb
“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb
“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Rio Olimpiadasının gümüş medalını qazanıb