Xəbərlər

“Neftçi İdman Klubu”nun növbəti seminarına start verilib

Avqustun 3-də Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında klubun təşkilatçılığı ilə futbol məşqçilərinin növbəti ənənəvi seminarı öz işinə başlayıb. Ayın 7-dək davam edəcək seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.

"Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar iştirakçılarını klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamladı və onlara yeni, 2016/2017 futbol mövsümündə uğurlar dilədi. O, tədbir iştirakçılarına müxtəlif yaş qruplarında yaxşı, güclü futbolçuların yetişdirilməsinin, bunun üçün isə uşaqlarla səmimi və dost münasibətində olmalarının vacibliyini söylədi. Klub rəsmisi yeni mövsümdə Uşaq Futbol Məktəbinin daha da inkişaf edəcəyini və məşqlərin yüksək səviyyədə keçməsi üçün hər cür şəraitin yaradılacağını bildirdi.

Klubun kütləvi bədən tərbiyəsi üzrə mütəxəssisi Kərim Ağayev də çıxışı zamanı uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı futbolçuların seçimi və ələnməsi metodologiyasından söhbət açdı. O, uşaqlar arasından istedadların üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən nümunələr göstərdi və bundan yararlanmağı məşqçilərə tövsiyə etdi.

Futbol məşqçilərinin böyük həvəslə qatıldığı tədbirdə iştirakçılar nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların cavablandırılmasında çox aktiv iştirak edirdilər. Seminarda müxtəlif mövzular müzakirə obyektinə çevrilmişdi. Əsas mövzu isə "Müasir futbolda 4:3:3 sistemi, onun öyrənilməsi və oyunlarda tətbiq edilməsi” idi. Klubun futbol üzrə baş məşqçisi Məhərrəm Həsənov mövcud olan sistemlərdən, o cümlədən 4:3:3 sisteminin təsnifatı, fəlsəfəsi haqqında seminar iştirakçılarına geniş məlumat verdi. Üçbucaqların yaradılması, dioqanal ötürmələr, künclərə açılmalar, birtoxunuşlu ötürmələr, "divar paslaşması”, dairəvi kross qaçışlar, driblinqlər, cinah müdafiəçilərinin və yarımmüdafiəçilərin hücumla bağlı qərarları, möhkəmləndirmə, yarıb keçmək və tamamlamaq məqsədi ilə futbolçuların davranışı, cinahlardan hücumların təşkili və digər mövzularda həm nəzəri, həm də praktiki məşqlər keçirildi.

Qeyd edək ki, növbəti günlərdə seminar iştirakçıları "Zəncirvari təlim sistemi və onun tərkib hissələri”, "Futbolda güc məşqi nəyə görə lazımdır?”, "Güc məşqini idarə etmək üçün əsas kriteriyalar”, "Periodlaşdırmanın əsas kriteriyaları”, "İntermitasiya məşqləri nədir?” mövzularında müzakirələri davam etdirəcək və təcrübə mübadiləsi aparacaqlar.

“Neftçi İdman Klubu”nun növbəti seminarına start verilib“Neftçi İdman Klubu”nun növbəti seminarına start verilib“Neftçi İdman Klubu”nun növbəti seminarına start verilib“Neftçi İdman Klubu”nun növbəti seminarına start verilib