Xəbərlər


Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi Rio de Janeyro-2016 Yay Olimpiya Oyunları öncəsi güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.

Reytinq siyahısını "Neftçi İdman Klubu”nun təmsilçiləri üçün uğurlu hesab etmək olar. Belə ki, klubumuzun sərbəst güləşçilərindən Hacı Əliyev, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında liderliyini qoruyub. İlk onluqda yer alan sərbəst güləşçilərdən Toğrul Əsgərov beşinci pillədə qərarlaşıb. Yunan-Roma güləşçilərinin onluğuna daxil olan idmançılarımızdan isə Rövşən Bayramov ikinci sıradadır.

Xatırladaq ki, Braziliyanın Rio de Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında "Neftçi İdman Klubu”nun sərbəst güləşçilərindən Hacı Əliyev (57 kq) və Toğrul Əsgərovun (65 kq), yunan-Roma güləşçilərindən isə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyevin (75 kq) mübarizə aparacağı güləş yarışları avqustun 14-21-də keçiriləcək.