Xəbərlər


Güləşçimiz Balakəndə qalib oldu

Balakən Olimpiya İdman Kompleksində əməkdar məşqçi, SSRİ idman ustası İsmayıl Çopsiyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının, Balakən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2000-2002-ci illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda 100-dən çox güləşçi qüvvəsini sınayıb.

Dünya Güləş Birliyinin qaydaları əsasında təşkil olunan turnirdə "Neftçi İdman Klubu”nun yetirməsi, 54 kq çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli bütün qarşılaşmalardan qalib ayrılıb və qızıl medala sahib olub.