Xəbərlər


Gənc cüdoçularımız Berlində böyük uğura imza atdılar

Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kuboku keçirilib. 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) yarışdığı turnirdə Azərbaycan millisi 16 cüdoçu (15 oğlan, 1 qız) ilə təmsil olunub.

Gənc cüdoçularımız Avropa kubokunda uğurla çıxış edərək 4 medala yiyələniblər. Yığmanın üzvlərindən Hidayət Heydərov (73 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, mükafatçılardan ikisi – Hidayət Heydərov və Natiq Qurbanlı "Neftçi İdman Klubu”nun yetirmələridir.

Gənc cüdoçularımız Berlində böyük uğura imza atdılarGənc cüdoçularımız Berlində böyük uğura imza atdılarGənc cüdoçularımız Berlində böyük uğura imza atdılar