Xəbərlər


Neftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdi

"Neftçi İdman Klubu”nun futbol sektoru tərəfindən Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında U-10, U-11 və U-12 komandaları arasında seleksiya xarakterli turnir keçirilib. Turnirin keçirilməsində əsas məqsəd klubun bu yaş qrupları üzrə komandalarının heyətinin komplektləşdirilməsi və yarışlarda iştirak edən, eləcə də baxış üçün yoxlama oyunlara qatılan yeniyetmə istedadlı futbolçuları aşkar etmək və müvafiq yaş qruplarına cəlb etmək idi. İki gün davam edən turnirdə Rəvan Qarayev, Fərid Allahverdiyev, Nihat Qurbanov, İnqilab Ağazadə, Emil Hüseynov, Sadiq Babayev, Elşən Babayev, Ömər Mirzəyev və Rüfət Rüstəmov kimi istedadlı yeniyetmə futbolçular məşqçilər tərəfindən bəyənilərək müvafiq yaş qruplarına cəlb olunublar.

Qeyd edək ki, klubun futbol sektoru iyul ayında Siyəzən şəhərində U-13, U-14 və U-15 komandaları arasında da eyni məqsədlə seleksiya xarakterli turnir təşkil etmişdi.

Neftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdiNeftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdiNeftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdiNeftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdi
Neftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdi
Neftçi İdman Klubu istedadlı yeniyetmə futbolçuları cəlb etdi