Xəbərlər


Hacımurad Purtiyev Avropa ikincisi oldu

"Neftçi İdman Klubu”nun təmsilçisi, 84 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Purtiyev İtaliyanın paytaxtı Romada keçirilən qraplinq üzrə Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. İdmançımız yarışda böyük əzm nümayiş etdirərək qitə çempionatının gümüş medalını qazanıb. İtaliya, Ukrayna və İspaniya təmsilçiləri üzərində qələbə qazanan Hacımurad finala yüksəlib. O, yalnız həlledici qarşılaşmada Fransa idmançısına məğlub olub və fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Hacımurad Purtiyev Avropa ikincisi olduHacımurad Purtiyev Avropa ikincisi olduHacımurad Purtiyev Avropa ikincisi oldu