Xəbərlər


Güllə atıcılarımız respublika çempionatında 9 medal qazandılar

İyulun 21-də Bakı Atıcılıq Mərkəzində start götürmüş güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yetirmələri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Güllə atıcılarımız çempionatda 9 dəfə fəxri kürsüyə qalxıblar. Kişilər arasında Ruslan Lunyov 10 metrdə (PTÇ-3) qızıl, 50 metr məsafəyə atəşaçma yarışında (KÇTÇ-4) isə gümüş medala yiyələnib. Rəsul Məmmədov 50 metrdə yarışmada çempion adını qazanıb. Elvin Astanov isə 10 metr məsafəyə atəşaçma yarışında 2-ci olub.

Zərif cinsin nümayəndələrindən Zərifə Qasımova 10 (PTÇ-2) və 25 metr məsafəyə atəşaçma yarışlarının (KÇTÇ-3) hər ikisində gümüş medala layiq görülüb. Cəmilə Kazımlı 10 metr məsafəyə atəşaçmada 3-cü yeri tutub. Leyla Mirzəzadə isə 25 metrdə eyni uğura imza atıb. Klubun digər yetirməsi Xəyalə Hüseynli isə tüfəngdən (PT-3) atəşaçma yarışlarında 401,9 xalla liderliyə yüksəlib.