Xəbərlər


Güləşçimiz Avropa üçüncüsü oldu

 Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa birinciliyi davam edir.

"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer alan pəhləvanı Əsgər Məmmədəliyev (42 kq) sərbəst güləşçilər arasında təşkil olunan yarışda mübarizəyə səkkizdəbir finaldan başlayıb. İlk görüşündə o, latviyalı Arturs Karabansı 15:4 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada Ermənistan idmançısı Razmik Papikyan üzərində inamlı qələbə qazanan (4:2) Məmmədəliyev yarımfinalda Türkiyə təmsilçisi Kara Doğana uduzub (4:8) və bürünc medal uğrunda mübarizə aparmalı olub. Üçüncü yer uğrunda görüşdə polşalı Kristian Brezinskiyə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanaraq (10:0) Avropa birinciliyinin bürünc medalına sahib olub.