Xəbərlər


“Qaradağ Lökbatan” yoldaşlıq oyununda qələbə qazandı

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda mübarizə aparan "Qaradağ Lökbatan” komandası 2016-2017 mövsümünə hazırlıqlarını davam etdirir. Ötən mövsümü ikinci yerdə başa vuran komandamız iyulun 21-də "Səbail” Futbol Klubu ilə yoldaşlıq oyunu keçirib. Bayıl stadionunda təşkil olunan qarşılaşmada öz fəallıqları ilə yaxşı təsir bağışlayan futbolçularımız rəqibi 4:1 hesabı ilə məğlub ediblər. Komandanın üzvlərindən Rüfət Məmmədov iki dəfə, Elgün Abbaslı və Emin Mustafayev isə hərəyə bir dəfə fərqləniblər.