Xəbərlər


İntiqam Vəlizadə Avropa üçüncüsü oldu

İyulun 19-da İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günündə sərbəst güləşçilər arasında 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış yeniyetmə pəhləvanlarından İntiqam Vəlizadə (50 kq) qitə birinciliyinin bürünc medalına sahib olub. Təmsilçimiz Gürcüstan idmançısı Tamaz Şavadze, rusiyalı Aisien Vinokurov və Moldova güləşçisi İon Butnaru üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Lakin bu mərhələdə türkiyəli Engin Çetinlə bacarmayan Vəlizadə bürünc medal uğrunda Ermənistan təmsilçisi Harutyun Manukyanla üz-üzə gəlib. Rəqibini məğlubiyyətə uğradan güləşçimiz Avropa birinciliyini üçüncü yerdə başa vurub.

Bu gün klubumuzun daha üç idmançısı – Əsgər Məmmədəliyev (46 kq), Sabutay Əmişov (54 kq) və Rəşad Yusifli (76 kq) döşək üzərinə çıxacaq.

Qeyd edək ki, yeniyetmə güləşçilər arasında Avropa birinciliyi iyulun 24-də başa çatacaq.