Xəbərlər


Samboçularımız liderliyə yüksəldilər

Şağan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə Azərbaycan kubokuna yekun vurulub. SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yarış yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunub.

Rəqiblərindən aşkar üstünlükləri ilə seçilən "Neftçi İdman Klubu”nun samboçuları ümumilikdə turnirin 40 medalına (9 qızıl, 9 gümüş, 22 bürünc) sahib olublar və komanda hesabında birinci yeri tutublar.

Yeniyetmələrdən Eyvaz Baxşıyev (52 kq), Bahadur Əsgərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclər arasında Yusif Nəbiyev (62 kq) və Elton Quliyev (68 kq), kişilərin yarışında isə Ağasif Səmədov (52 kq), Yusif Nəbiyev (62 kq) və Emin Həsənov (68 kq) eyni uğuru təkrarlayıblar.