Xəbərlər


Çimərlik voleybolçularımız ölkə çempionu oldular

İyulun 9-10-da kişilər və qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçirilib.

Pirşağı qəsəbəsində yerləşən "Həyat” İstirahət Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun kişilərdən ibarət komandası da mübarizə aparıb. 12 komandanın yarışdığı çempionatda voleybolçularımız böyük əzmkarlıq nümayiş etdiriblər və çempion adını qazanıblar. Dairəvi sistemlə keçirilən yarışda komandamız 4 oyundan qalib ayrılıb və yarımfinala yüksəlib. Bu mərhələdə "FHN-2” kollektivini 2:0 hesabı ilə məğlub edən "Neftçi İdman Klubu”, həlledici final qarşılaşmasında "FHN-1” komandasına eyni hesabla qalib gəlib və liderliyə yüksəlib.