Xəbərlər


Samir Cəbrayılov 3-cü oldu

Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirakı planlaşdırılan "Neftçi İdman Klubu”nun velosiped ustası, gənclər yığmamızın üzvü Samir Cəbrayılov Sloveniyada keçirilən beynəlxalq yarışda bacarığını nümayiş etdirib. O, məsul yarış öncəsi uğurlu çıxışı ilə diqqət çəkib. İdmançımız bu ölkədə keçirilən "Kranj-2015” kriterium yarışında əzmkarlıq nümayiş etdirərək bürünc medala yiyələnib.