Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci yarısında 771 medal qazanıblar

"Neftçi İdman Klubu” İctimai Birliyi ölkənin öncül idman qurumlarındandır. Klubumuzun yetirmələri qazandıqları uğurlarla bunu daim sübut etməkdədirlər. Atletlərimiz bu ilin ilk yarısında əldə etdikləri medalların sayına görə yenə də liderliyi qoruyub saxlayıblar.

Klubun idmançıları ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək, 293-ü qızıl, 221-i gümüş və 257-si bürünc olmaqla, ümumilikdə 771 medala sahib olublar. Atletlərimiz dünya yarışlarında 7 (3 qızıl, 3 gümüş, 1 bürünc), Avropa yarışlarında 66 (27 qızıl, 9 gümüş, 30 bürünc), beynəlxalq turnirlərdə isə 179 medal (62 qızıl, 60 gümüş, 57 bürünc) qazanıblar. Respublika səviyyəli yarışlarda 224 medala (92 qızıl, 57 gümüş, 75 bürünc) yiyələnən idmançılarımız, paytaxt yarışlarında 178 (57 qızıl, 60 gümüş, 61 bürünc), digər yarışlarda isə 117 (52 qızıl, 32 gümüş, 33 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.