Xəbərlər


Yeniyetmə cüdoçumuzun Avropa qələbəsi

Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyində güclərini sınayıblar. Qitə birinciliyində yarışan yığmamızın tərkibində "Neftçi İdman Klubu”nun gənc cüdoçuları da yer almışlar. Azərbaycan idmançıları qitənin bu möhtəşəm yarışında 2 qızıl və 1 bürünc medala sahib olublar.

Klubumuzun yetirməsi 55 kq-da çıxış edən Əhməd Yusifov ardıcıl olaraq Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus idmançılarını məğlub edərək Avropa çempionu adına layiq görülüb və qızıl medalı boynuna asaraq üçrəngli bayrağımızı yüksəklərə qaldırıb və himnimizi arenada səsləndirərək bütün tamaşaçıları ayağa qaldırıb.