Xəbərlər


Cüdoçularımız yığmanın aktivinə bir qızıl və bir bürünc medal əlavə etdilər

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışı sona çatıb. Yığmamız mötəbər turnirdə uğurla çıxış edərək 4 medala sahib olublar. Biri qızıl və üçü bürünc olan medallarda "Neftçi İdman Klubu”nun yetirmələri də pay sahibidirlər. İdmançılarımız Qran-prinin bir qızıl və bir bürünc medalına sahib olublar. Bu yarışda idmançılarımızdan Zelim Kotsayev (100 kq) mübarizəyə ¼ finaldan başlayıb və bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Kotsayev yerli idmançı Xanqal Odbaatara qalib gələrək yarımfinala vəsiqəni təsdiq edib. Yarımfinalda tatamiyə çıxan idmançımız o Qran-pri sahibi olan monqolustanlı idmançı Ambaselmaa Bayarsayxan üzərində qələbə qazanıb.

Kotsayevin finalda, həlledici görüşündə isə yenidən yerli tatami ustası İsdorj Daşdulama olub. Gərgin keçən bu qarşılaşmada "Neftçi İdman Klubu”nun yetirməsi rəqibinə heç bir imkan vermədən xalları öz hesabına yazdırıb və Qran-prinin qızıl medalına sahib olub.

Digər idmançımız Davud Məmmədsoy (60 kq) isə yarışı bürünc medalla başa vurub.

Cüdoçularımız yığmanın aktivinə bir qızıl və bir bürünc medal əlavə etdilərCüdoçularımız yığmanın aktivinə bir qızıl və bir bürünc medal əlavə etdilər