Xəbərlər


İdmançılarımızın Dortmund qələbəsi

Almaniyanın Dortmund şəhərində sərbəst güləşçilərimiz Qran-pri turnirində qazandıqları uğurlarla yığma komandaya qələbələr bəxş etməkdədilər. Belə ki, turnirin ikinci start günündə 57, 61, 70 və 125 kq çəkidə sərbəst güləşçilərimiz yarışıb. Olimpiya çempionumuz Toğrul Əsgərov (65 kq), dünya çempionu Hacı Əliyev (61 kq) yarış zamanı bütün rəqiblərinə öz güclərini göstərmiş, məğlubiyyət acısı dadmadan turnirin qalibi olmuşlar.

Toğrul Əsgərov ¼ finaldan başlayaraq Türkiyə və Almaniya pəhləvanlarını geridə qoyaraq finala vəsiqə almışdır. Finalda ABŞ təmsilçisi Molinaroya da qalib gələrək Qran-prinin qızıl medalını boynundan asmışdır. Digər idmançımız 57 kq çəkidə çıxış edən güləşçimiz Mircəlal Həsənzadə də mübarizəyə dörddəbir finaldan başlayıb və Almaniyanın iki pəhləvanını məğlub edib. Yalnız finalda rəqibi ABŞ idmançısı Denis Danielə uduzaraq kürsünün ikinci pilləsinə qalxıb və gümüş medala layiq görülüb.