Xəbərlər


Karateçilərimiz Avropa çempionatında 4 medal qazandılar

Ukraynanın Çerkassı şəhərində karateçilər arasında 5-ci WJKA Avropa çempionatı keçirilib. Yarışda 25 ölkənin idmançıları qüvvələrini sınayıblar.

Ölkəmiz çempionatda 10 karateçi ilə təmsil olunub ki, onlardan da 5-i "Neftçi İdman Klubu”nun yetirmələridir. Klubumuzun idmançıları yarışın 3 qızıl və 1 bürünc medalını qazanıblar. Onlardan Sədi Namazov (21-39 yaş) kata yarışlarında rəqib tanımayaraq Avropa çempionluğuna yüksəlib. Eyni yaş qrupunda mübarizə aparan Emin Məmmədov kumite növündə qızıl, Araz Babayev isə bürünc medala sahib olub. Digər karateçimiz Röyal Haqverdiyev isə 16-17 yaşlı idmançıların kumite yarışında liderliyə yüksəlib.