Xəbərlər


Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb. O, ölkəmizdə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətinin artıq öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, idman və olimpiya hərəkatı sahəsində görülən işlər ölkəmizin uğurlu inkişafının göstəricisidir.

Aparat rəhbəri onu da vurğulayıb ki, ölkəmizin və idmanımızın sürətli inkişafının nəticəsidir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirildi. Bu, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir və birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır.

Daha sonra o, Azərbaycan idmançılarının, eləcə də "Neftçi İdman Klubu”nun təmsilçilərinin ilk Avropa Oyunlarındakı uğurlu çıxışlarından bəhs edib.

Ardınca atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sadıq Sadıqov onlara göstərilən diqqət və qayğını bir qədər də artıracaqlarını bildirib. O, aparatın məsul işçilərinə idmançıya daha yaxşı şərait yaradılması ilə bağlı xüsusi tapşırıqlarını verib.

Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə "Neftçi idman Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra daha da əzmlə çalışacağına və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə söz verib.

Qeyd edək ki, Nazim Babayev Avropa Birinciliyində almaniyalı idmançı Volker Mainin 1985-ci ildə göstərdiyi 16.93 metrlik rekordunu təzələmişdi.

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdüSadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdüSadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdüSadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdüSadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü
Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü