Xəbərlər


Sərbəst güləşçilərimiz uğuru davam etdirdilər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında güləş üzrə Avropa birinciliyi başa çatıb.

"Neftçi İdman Klubu”nun sərbəst güləşçiləri yunan-Roma güləşçilərimizin qazandıqları uğuru əzmlə davam etdiriblər. Belə ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Murad Süleymanov bütün rəqiblərini məğlub edərək Avropa çempionu titulunu qazanıb. Əliabbas Rzazadə (50 kq) və Mahir Əmiraslanov (55 kq) isə qitə birinciliyinin bürünc medallarına sahib olublar.

Xatırladaq ki, yarışın ilk günlərində mübarizə aparmış yunan-Roma güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) da Avropa birinciliyinin qızıl medalına yiyələnmişdilər.