Xəbərlər


Velosipedçilərimiz Azərbaycan çempionatında

İsmayıllı rayonunda keçirilən şose velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun velosipedçiləri yarışda böyük əzmkarlıq nümayiş etdirərək uğurlu nəticələr əldə ediblər. İdmançılarımızdan Elçin Əsədov fərdi ötüşmədə 35 kilometr məsafənin qətində 47 dəqiqə 43 saniyə nəticə ilə yaşı 23-dək olan və "Elit” kateqoriyasında təmsil olunan velosipedçilər arasında Azərbaycan çempionu adını qazanıb. O, 164 kilometr məsafəyə qrup ötüşməsində isə 4 saat 32 dəqiqə 58 saniyə nəticə göstərərək 3-cü yeri tutub. Samir Cəbrayılov bu kateqoriyada keçirilən yarışlarda fərdi ötüşmədə 3-cü (49 dəqiqə 33 saniyə), qrup ötüşməsində isə 2-ci olub – 4 saat 32 dəqiqə 56 saniyə.

Asif Həsənovun daha iki yetirməsi çempionatın mükafatlarına layiq görülüb. Onlardan Mahmud Məmmədov fərdi ötüşmədə 20 kilometri 31 dəqiqə 48 saniyəyə qət edib və gümüş medala sahib olub. Vüqar Nəsibov isə 70 kilometr məsafəyə qrup ötüşməsində 2 saat 4 dəqiqə 20 saniyə nəticə göstərərək fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə alınacaq.

Velosipedçilərimiz Azərbaycan çempionatındaVelosipedçilərimiz Azərbaycan çempionatındaVelosipedçilərimiz Azərbaycan çempionatında