Xəbərlər


Dama üzrə respublika birinciliyi başa çatıb

Respublika Şahmat Mərkəzində 100 xanalıq dama üzrə gənclər və qızlar arasında ölkə birinciliyinə yekun vurulub.

Dairəvi sistem üzrə keçirilən yarışda "Neftçi İdman Klubu”nun damaçıları da bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimizdən Ülkər Babanlı 13 yaşa qədər qızlar arasında 18 mümkün xalın hamısını toplayaraq Azərbaycan çempionu olub. 10 yaşa qədər qızlar arasında mübarizə aparan Aysu Kərimli 20 mümkün xaldan 17-ni toplayıb və gümüş medala layiq görülüb. 22 mümkün xaldan 17-ni toplayan Yusif Rəhimli isə 10 yaşa qədər oğlanlar arasında 3-cü olub.

Qeyd edək ki, yarışın qalibləri avqustun 1-dən 7-dək Belarusun Pinsk şəhərində keçiriləcək Avropa birinciliyində və noyabrın 11-21-də Türkiyənin İzmir şəhərində təşkil olunacaq dünya birinciliyində iştirak etmək hüququ qazanıblar.