Xəbərlər


Yunan-Roma güləşçilərimiz Buxarestdə 2 medala yiyələniblər

Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

"Neftçi İdman Klubu”nun pəhləvanlarından Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (80 kq) milli komandamızın heyətində təmsil olunublar. İki gün davam edən yarışda hər iki idmançımız mükafata layiq görülüb. Belə ki, güləşçilərimizdən Rövşən Bayramov yalnız finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub. Elvin Mürsəliyev isə yarışı 3-cü yerdə başa vurub.