Xəbərlər


Pankrationçularımız Avropa çempionatında 4 medal qazandılar

Macarıstanın paytaxtı Budapeştdə pankration və MMA idman növü üzrə Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış təmsilçilərindən Ehtiram Dərişov (62 kq) MMA yarışlarında bütün döyüşləri qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb. Bundan əlavə, idmançımız 66 kq çəkidə MMA və pankration yarışlarının hər ikisində bürünc medala sahib olub. Klubun digər yetirməsi Fərid Xəlilov (46 kq) isə pankration yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.