Xəbərlər


Badminton üzrə Azərbaycan birinciliyi başa çatıb

Bakı şəhərindəki 12 saylı orta məktəbin idman zalında keçirilən badminton üzrə respublika birinciliyinə yekun vurulub. Yarışda 1999-2001, 2002-2003, 2004-2005, 2006-cı il təvəllüdlü və daha kiçikyaşlı idmançılar bacarıqlarını nümayiş etdiriblər.

"Neftçi İdman Klubu”nun badmintonçuları böyük əzmkarlıq göstərərək ölkə birinciliyinin 15 medalına (8 qızıl, 3 gümüş, 4 bürünc) yiyələniblər. Təmsilçilərimizdən 2006-cı il təvəllüdlü və daha kiçikyaşlı idmançılar arasında Türkan Mahmudova qoşa yarışlarında çempion adını qazanıb. 2004-2005-ci illər təvəllüdlü badmintonçularımızdan Nərmin Şərifova qoşa yarışlarında qızıl, qarışıq-qoşada isə bürünc medala sahib olub. 2002-2003-cü illər təvəllüdlü atletlərimizdən Ülvi Əhmədov şəxsi və qoşa yarışlarda 1-ci, qarışıq-qoşa yarışında isə 3-cü olub. Vaqif İsmayılov şəxsi və qoşa yarışların hər ikisində gümüş medala layiq görülüb. Adəm Əliyev şəxsi yarışlarda 3-cü, qoşa yarışında 1-ci, qarışıq-qoşada isə 2-ci pillədə qərarlaşıb. Bu yaş qrupunda çıxış edən daha bir idmançımız Ayxan Əliyev isə qoşa yarışlarında bürünc medal əldə edib. Klubun digər yetirməsi Səbuhi Hüseynov isə 1999-2001-ci illər təvəllüdlü (gənclər) badmintonçular arasında təşkil olunan yarışda şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər birində liderliyə yüksəlib.