Xəbərlər


Boksçumuz Anapadan medalla döndü

İyunun 6-da Rusiyanın Anapa şəhərində startı verilmiş boks üzrə Avropa birinciliyinə yekun vurulub. Gənclər arasında keçirilən yarışda 30 ölkədən 290 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun dəri əlcək ustası, 91 kq çəki dərəcəsində çıxış edən Şahin Musayev qitə birinciliyinin bürünc medalına sahib olub.