Xəbərlər


Stolüstü tennis üzrə ölkə birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığıyla keçirilən stolüstü tennis üzrə respublika birinciliyinə yekun vurulub. "Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy , Qax və Samuxdan olan tennisçilər bacarıqlarını nümayiş etdiriblər. 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmələr arasında keçirilən turnirdə 91 idmançı (52 oğlan, 39 qız) iştirak edib.

"Neftçi İdman Klubu”nun yetirməsi Zemfira Mikayılova respublika birinciliyini ikinci yerdə başa vurub və yarışın gümüş medalına layiq görülüb.