Xəbərlər


Karateçilərimiz Barnaulda

Rusiyanın Barnaul şəhərində kontakt koşiki karate üzrə Asiya kuboku keçirilib. Yarışda 13 müxtəlif ölkənin idmançıları qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının tərkibində yer almış karateçilərindən üçü turnirin medallarına layiq görülüb. Təmsilçilərimizdən Asiman Namazov (73 kq) kumite yarışlarında qızıl, katada bürünc medala sahib olub. O, kumite-bunkay üzrə komanda yarışında isə yenidən liderliyə yüksəlib. Nazim Mövsümzadə şəxsi kata və komanda yarışlarının (kumite-bunkay) hər ikisində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər yetirməsi Faiq Bayramov (82 kq) isə kumite yarışlarında açıq Asiya kubokunun qalibi adını qazanıb.