Xəbərlər


Elmar Qasımov dünyanın ən güclüsüdür

Beynəlxalq Cüdo Federasiyası iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

Yeni siyahını "Neftçi İdman Klubu”nun təmsilçiləri üçün uğurlu hesab etmək olar. Artıq Rio de Janeyro Olimpiadasına lisenziyanı təmin edən Orxan Səfərov 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 15-ci, Nicat Şıxəlizadə (66 kq) 9-cu, Rüstəm Orucov (73 kq) 2-ci, Məmmədəli Mehdiyev (90 kq) 25-ci sıradadı. Elmar Qasımov (100 kq) bu dəfə də öz çəkisinin lideri olmağı bacarıb. Onunla eyni çəkidə çıxış edən dünya çempionumuz Elxan Məmmədov 18-ci yerdədi. Klubun digər cüdoçusu Əbdülhəqq Rəsullu (81 kq) isə 62-ci pillədə yer alıb.

Qeyd edək ki, cüdo idman növündə olimpidaya lisenziya reytinq xalına əsasən verilir.