Xəbərlər

Kikboksçularımız dünya kubokunun 4 medalına sahib oldular

İyunun 2-də İtaliyanın Rimini şəhərində startı verilmiş kikboks üzrə "Best Fighter 2016” dünya kubokuna yekun vurulub. Yarışda 35-dən artıq ölkənin idmançıları qalib adı uğrunda mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun kikboksçuları turnirdə böyük uğura imza atıblar. Belə ki, təmsilçilərimizdən Nəsimi Cəfərov və Nəcməddin Məmmədov dünya kubokunun qalibi adını qazanıblar. Ramiz Məmmədov 2-ci, Anar Məmmədov isə 3-cü yeri tutub.

Qeyd edək ki, klubumuzun kikboksinq üzrə baş məşqçisi Ehram Məcidov yarışda ədalət təmsilçisi qismində iştirak edib.

Kikboksçularımız dünya kubokunun 4 medalına sahib oldularKikboksçularımız dünya kubokunun 4 medalına sahib oldularKikboksçularımız dünya kubokunun 4 medalına sahib oldular