Xəbərlər


Samir Cəbrayılov “Grand Prix of İSD” turnirində ikinci oldu

"Neftçi İdman Klubu”nun yetirməsi Samir Cəbrayılov Ukraynada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Grand Prix of İSD” turnirində yüksək nailiyyət əldə edib. 153 kilometr məsafəni qazaxıstanlı Nurbolat Kulimbekovla eyni vaxtda keçən velosipedçimiz rəqibindən azacıq geri qalıb. O, 3 saat, 25 dəqiqə, 24 saniyə nəticə ilə "Grand Prix of İSD” yarışını 2-ci pillədə başa vurub.