Xəbərlər


Cüdo üzrə Avropa kubokuna yekun vurulub

İspaniyanın Madrid şəhərində keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) qatıldığı turnirdə Azərbaycan millisinin 14 cüdoçusu qüvvəsini sınayıb.

Yığmamızın üzvlərindən üçü mükafatçılar arasında yer alıb ki, onlardan da ikisi "Neftçi İdman Klubu”nun təmsilçiləridir. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev və Cəlil Şükürov (100 kq) Avropa kubokunun bürünc medalına sahib olublar. Klubun digər cüdoçularından Hidayət Heydərov (73 kq) mötəbər turniri 5-ci, Tural Səfquliyev (90 kq) isə 7-ci sırada tamamlayıb.