Xəbərlər


Karateçilərimiz Tbilisidən 6 medalla döndülər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində karate üzrə yeniyetmələr, gənclər və böyüklər arasında III Açıq Qafqaz Çempionatı keçirilib. Yarışda Azərbaycan, Gürcüstan, İran, İsrail və Ermənistan idmançıları qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu” çempionatda 10 karateçi ilə təmsil olunub. İdmançılarımızdan İslam Cəfərli (10-11 yaş, kumite), Səmral Fərəcov (12-13 yaş, kumite) və Elxan Musazadə (16-17 yaş, kumite) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Babək İsmayılov (14-15 yaş) kumite yarışlarında gümüş medala layiq görülüb. Klubun digər yetirməsi Nicat Fərəcov (+18 yaş) isə kumitedə 2-ci, kata yarışlarında isə 3-cü pillədə qərarlaşıb.