Xəbərlər


Velosipedçimiz Ukraynada 3-cü oldu

"Neftçi İdman Klubu”nun təmsilçisi Samir Cəbrayılov Ukraynada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Ukraine” veloyürüşündə böyük uğura imza atıb. Belə ki, idmançımız üç mərhələli yarışın 161,6 kilometrlik birinci mərhələsində 3 saat, 54 dəqiqə, 32 saniyə nəticə ilə 3-cü yeri tutub. Klubun yetirməsi həm də yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyə sahib olub.