Xəbərlər


Çempion komanda ilə görüş keçirildi

"Neftçi İdman Klubu”nun rəhbərliyi AFFA-nın U-10 Liqasında çempion olmuş futbolçularla görüş keçirdi. Klubun baş meneceri Elmar Babanlı və bədən tərbiyəsi üzrə menecer Akif Məmmədov kiçikyaşlı futbolçuları və onların məşqçilərini qazandıqları çempionluq münasibətilə təbrik etdilər. Komandanın çempionat boyu göstərdiyi əzmkarlıq və qələbə ruhu yüksək qiymətləndirildi. Klub rəsmiləri futbolçulara yeni-yeni uğurlar dilədilər və gələcək karyeralarında Azərbaycan Premyer Liqası və milli komandamızda çıxış etmələrini arzuladılar.

Klubun futbol üzrə baş məşqçisi Məhərrəm Həsənov və komandanın baş məşqçisi Şahin Şahhüseynli onlara yüksək səviyyədə yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlıqlarını çatdırdılar və bundan sonra da çempionluq uğrunda var gücləri ilə çalışacaqlarını söylədilər.

Xatırladaq ki, futbolçularımız final görüşündə "Qəbələ” komandasını 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdular. Komandamızın hücumçusu Kənan Cəfərli isə U-10 Liqasının ən yaxşı futbolçusu seçilmişdi.

Çempion komanda ilə görüş keçirildiÇempion komanda ilə görüş keçirildiÇempion komanda ilə görüş keçirildi

Çempion komanda ilə görüş keçirildi 

Çempion komanda ilə görüş keçirildi
Çempion komanda ilə görüş keçirildi
Çempion komanda ilə görüş keçirildi
Çempion komanda ilə görüş keçirildi
Çempion komanda ilə görüş keçirildi