Xəbərlər

“Neftçi İdman Klubu” səmti müəyyən etmə yarışında ikinci oldu

Dənizkənarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçirilib. Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyən etmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan bir sıra idman növləri sırasına səmti müəyyən etmə də daxil olub. Yarışda 26 komandanın tərkibində 280-ə yaxın idmançı müxtəlif kateqoriyalar üzrə mübarizə aparıb. Onu da qeyd edək ki, keçirilmiş kubok yarışında iştirak etmiş idmançı sayı ilə bu idman növü üzrə yeni rekord müəyyən olunub.

"Elit” kateqoriyası üzrə kişilər arasında gərgin mübarizədə "Neftçi İdman Klubu”nun təmsilçisi Gennadiy Klim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər yetirməsi Elina Babayeva isə "Junior” kateqoriyası üzrə qadınlar arasında 2-ci olub.

Qeyd edək ki, "Neftçi İdman Klubu” komanda hesabında ikinci yeri tutub.

“Neftçi İdman Klubu” səmti müəyyən etmə yarışında ikinci oldu“Neftçi İdman Klubu” səmti müəyyən etmə yarışında ikinci oldu“Neftçi İdman Klubu” səmti müəyyən etmə yarışında ikinci oldu“Neftçi İdman Klubu” səmti müəyyən etmə yarışında ikinci oldu