Xəbərlər


Uşuçularımız paytaxt çempionatında

Bakı şəhərindəki 111 saylı orta məktəbin idman zalında uşu-sanda idman növü üzrə paytaxt çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Şaolin Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 20 komandanın tərkibində 90 idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri də çempionatda bacarıqlarını nümayiş etdiriblər. Rafət Əsədovun yetirmələri yarışın 13 medalını əldə ediblər. Kişilər arasında Anar Kərimov, Cəlal Cəlallı, İlkin Qurbanov və Samir Əjdərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Orxan Məmmədli isə gümüş medala layiq görülüb. Gənclərin yarışında Miryaqub Əhədov və Nicat Heydərov paytaxt çempionu adını qazanıblar. Polad Kazımov, Alim Kazımov, Əli Məmmədov, Nihad Zeynalov, İsmayıl İsmiyev və Beytulla Mansurov isə çempionatın gümüş medalına yiyələniblər.

Uşuçularımız paytaxt çempionatındaUşuçularımız paytaxt çempionatındaUşuçularımız paytaxt çempionatındaUşuçularımız paytaxt çempionatında
Uşuçularımız paytaxt çempionatında
Uşuçularımız paytaxt çempionatında