Xəbərlər


Gənc cüdoçularımızın Avropa kubokundakı uğuru

Avstriyada gənclər arasında keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. Yarışa 33 ölkədən 511 idmançı (308 oğlan, 203 qız) qatılıb.

Azərbaycanın yığma komandası turnirdə 16 cüdoçu (14 oğlan, 2 qız) ilə təmsil olunub. Böyük əzmkarlıq nümayiş etdirən idmançılarımız Avropa kubokunun 4 medalına sahib olublar.

Millimizin əldə etdiyi medallardan 3-ü "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Cüdoçularımızdan 55 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı və Hidayət Heydərov (73 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq Avropa kubokunun qalibi adını qazanıblar. Klubun digər təmsilçisi Murad Heydərli (60 kq) isə turnirin bürünc medalına layiq görülüb.