Xəbərlər


Daha bir idmançımız Rioya lisenziya qazanıb

"Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, bu vəsiqəyə "wild card”la yiyələnib. Belə ki, Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) təmsilçimizə "güzəştli vəsiqə” verib.

Qeyd edək ki, Ruslan Lunyov Rio Olimpiadasında 25 metr (kiçikçaplı tapança) və 10 metr (pnevmatik tapança) məsafələrə atəşaçmada mübarizə aparacaq.