Xəbərlər


Yeniyetmə güləşçilərin respublika birinciliyi davam edir

 

Mayın 25-də Bakı İdman Sarayında start götürmüş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir. 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.

Artıq başa çatmış yunan-Roma güləşində "Neftçi İdman Klubu”nun təmsilçiləri 6 medala sahib olublar. Yeniyetmə pəhləvanlarımızdan 54 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Dadaşov və Ülvi Qənizadə (69 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar. Yalnız final görüşündə məğlub olan Ədil Sadıqzadə (54 kq) gümüş medala layiq görülüb. Elnur Musayev (54 kq), Elvin Kərimov (58 kq) və Fərid Babayev (100 kq) isə respublika birinciliyindən bürünc medalla ayrılıblar.

Qeyd edək ki, hər çəki dərəcəsində mükafata layiq yer tutmuş idmançılar yığma komandanın heyətinə cəlb olunacaqlar.