Xəbərlər


Velosipedçimiz lider oldu

Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Turnirdə müxtəlif klub və cəmiyyətlərdən 40-dan çox idmançı mübarizə aparıb.

On yeddi yaşadək velosipedçilər uzunluğu 2 kilometr olan marşrut boyunca 5 dövrə yarışıblar. "Neftçi İdman Klubu”nun yetirməsi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb.