Xəbərlər


Əhməd Yusifov Polşada medal qazandı

Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunda Azərbaycan yığması uğurla çıxış edərək 7 medala (3 qızıl, 4 bürünc) sahib olub.

"Neftçi İdman Klubu”nun millimizin heyətində təmsil olunan cüdoçusu da mükafatçılar sırasında yer alıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov Avropa kuboku yarışının bürünc medalını qazanıb.