Xəbərlər


Elmar Qasımov liderliyini qoruyub, Rüstəm Orucov isə bir pillə geriləyib

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Qazaxıstanın Almatı şəhərində keçirilmiş Qran-prinin yekununa əsasən tərtib olunan cədvəldə "Neftçi İdman Klubu”nun cüdoçularının mövqelərində müəyyən dəyişikliklər qeydə alınıb. Təmsilçilərimizdən Elmar Qasımovun (100 kq) 1-ci, İlqar Müşkiyevin (60 kq) isə 14-cü pillədəki mövqeyi dəyişməz qalıbsa, sözügedən yarışın qalibi olan Elxan Məmmədov (100 kq) yenidən iyirmiliyə qayıdıb. Dörd rəqibini qabaqlayan dünya çempionumuz 17-ci sıraya yüksəlib. Qran-prini 3-cü yerdə başa vuran Məmmədəli Mehdiyev (90 kq) də 2 pillə irəliləyərək 24-cü yerə qalxıb. Klubun digər yetirmələri Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Əbdülhəqq Rəsullu (81 kq) isə reytinq cədvəlində bir qədər geriləyiblər. Onlar müvafiq olaraq, 6-cı, 12-ci, 2-ci və 62-ci yerə eniblər.

Qeyd edək ki, cüdo idman növündə olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.