Xəbərlər


Kiçikyaşlı yeniyetmələrimiz Bakı birinciliyində

Hövsan Olimpiya İdman Kompleksində Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə açıq Bakı birinciliyi keçirilib. Kiçikyaşlı yeniyetmələr (2000-2002) arasında təşkil olunan yarışa paytaxt və bölgələrdən 200-ə yaxın idmançı qatılıb.

Klubumuzun samboçuları birincilikdə aşkar üstünlükləri ilə fərqləniblər. Yeniyetmələrimiz 2-si qızıl, 5-i gümüş və 10-u bürünc olmaqla 17 medala yiyələniblər. Onlardan Hacalı Qasımov (42 kq) və Aslan Qasımov (72 kq) bütün görüşləri qələbə ilə başa vuraraq paytaxt birinciliyinin qalibi adını qazanıblar.